“Qarabağ”ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.
Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 16-da iki matça çıxacaq. İlk rəqib Xotvatiya təmsilçisi “Osiyek” olacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək.
Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.
“Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni beş cavabsız qolla üstələyib.