"Karvan-Yevlax" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

"Karvan-Yevlax" müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.

Newsport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”,  “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right