Vernidub Vardanyanı “Neftçi”yə gətirmək istəyir?

“Neftçi”nin qış “transfer pəncərəsi”ndə daha bir hədəfi müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Minsk “Dinamo”sunun hücumçusu Karen Vardanyan karyerasını ölkəmizdə davam etdirə bilər. Çünki “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir. Soliqorsk “Şaxtyor”unun sabiq çalışdırıcısı 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dönəmdən tanıyır. Lakin “Neftçi” ilə yanaşı, Vardanyan yetirməsi olduğu “Vitebsk”in də gündəmindədir.

Amma Belarus mətbuatının xəbəri inandırıcı deyil. Çünki Vernidub hətta israr da etsə, “Neftçi”nin erməni əsilli oyunçunu ölkəmizə gətirməsi mümkünsüzdür. Bu səbəbdən heç paytaxt klubundan xəbərə münasibət öyrənməyi lazımsız bildik. Karen yəqin ki, elə “Vitebsk”ə keçməli olacaq.

Vardanyan 2025-ci il mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 10 qolla “Dinamo”nun ən məhsuldar oyunçusu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right