"Sumqayıt" Serbiya təmsilçisinə qarşı

“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

"Sumqayıt" hazırda Misli Premyer Liqasında 27 xalla 5-cidir. "OFK Belqrad" isə Serbiya Superliqasında 25 xalla 9-cudur.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right