Azərbaycan millisinin futbolçusu Türkiyə klubundan ayrılacaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Həsən Nəzərli yayda Türkiyənin "Ankaragücü" klubundan ayrılacaq.

Newsport.az xəbər verir ki, oyunçu bunu jurnalistlərə açıqlamasında bildirib.

O, U-21-in toplanışı barədə də danışıb:

"Dünən ilk məşqimizi etdik. Bu gün ikinci hazırlıq prosesidir. Hamımızın hədəfi birdir – qarşıdakı oyunlarda qələbə qazanmaq. Bunun üçün əlimizdən gələni edirik".

H.Nəzərli Türkiyənin "Ankaragücü" klubundakı gələcəyinə də aydınlıq gətirib:

"Klubdakı durumum yaxşıdır, lakin böyük ehtimal bu yay komandadan ayrılacağam. Səbəb legioner limiti ilə bağlıdır. Artıq təkliflər var və transfer dövründə onları dəyərləndirəcəyəm. Karyeramı daha çox Türkiyə xaricində, Avropada davam etdirmək niyyətindəyəm".

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right