Azərbaycanın U-21 millisi toplanışa başlayıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması təlim-məşq toplanışına start verib.

Newsport.az-ın məlumatına görə, 2026-cı ilin ilk hazırlıq prosesi Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub.

Rəşad Eyubovun baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. U-21 yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 17-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right