"Qarabağ"da qalmağı üstün tutan legionerin müqavilə müddəti artırılacaq

"Qarabağ" qolkiperi Mateuş Koxalskinin müqavilə müddətini artıracaq.

Newsport.az saytına verilən məlumata görə, polşalı qapıçıya çox sayda təkliflər olsa da, o, komandada qalacağına dair qərar qəbul edib.

Bu barədə klubu da məlumatlandırıb.

Əldə etdiyimiz məlumata görə, Koxalski hətta müqavilə müddətinin artırılmasına da razılıq verib. Amma onun mövsümün sonunda "Qarabağ"dan ayrılacağı gözlənilir. Belə ki, Ağdam təmsilçisi yayda ona görə gələn təklifləri dəyərləndirəcəyi ehtimal edilir.

Mateuşun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Yeni müqaviləyə əsasən o, 2028-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsus olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right