"Qarabağ"ın futbolçuları üçün seminar keçirildi

Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə "Qarabağ"ın akademiyasında “Hakimlik məsələləri və oyun qaydaları” mövzusunda seminar keçirilib.

Newsport.az xəbər  verir ki, seminar U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları üçün təşkil olunub. Tədbirin əsas məqsədi futbolçuları 2026-cı il mövsümündə qüvvəyə minəcək yeni futbol qaydaları ilə yaxından tanış etmək, bu qaydaların mahiyyətini aydın və praktik şəkildə izah etmək olub.

İnteraktiv formatda baş tutan seminarda oyun qaydalarındakı yeniliklər real oyun epizodları üzərindən şərh edilib, futbolçuların sualları cavablandırılıb və meydanda düzgün qərarvermənin önəmi xüsusi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right