“Sabah” nə qədər təzminat ödəyib? Məbləğ açıqlandı

Məlum olduğu kimi, "Sabah" vinger Aaron Maludanın transfer hüququna yiyələnib. 

Newsport.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

20 yaşlı futbolçunun icarəsinə dair Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb. 

Rəsmi məlumatda transferin maddi məbləği barədə məlumat verilməyib. Amma Fransa mənbələrinin yaydığı məlumata əsasən, bu transfer üçün “Sabah” 250 min avro təzminat ödəyib.

Fransalı futbolçu ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right