"Qarabağ"ın ehtiyac duymadığı forvard sabiq komandasına geri qayıtdı

"Qarabağ"ın sabiq forvardı Redon Cica Albaniyaya geri qayıdıb. 

Newsport.az xəbər verir ki, alban hücumçu “Tirana”dan gələn təkliflə razılaşıb.

O, Əlcəzairin “Beluizdad” klubundan ayrılaraq “Tirana”ya keçib. Cica mövsümün sonuna qədər Albaniya klubunda icarə əsasında çıxış edəcək.

“Laçi”, “Tirana” klublarında da oynamış Redon 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right