“Karyeramda önəmli dövrü başa vururam” “Turan Tovuz”dan ayrılan futbolçu

“Turan Tovuz”dan Yaponiyanın “Kyoto” komandasına keçən braziliyalı futbolçu Aleks Souza paylaşım edib.

Newsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “instaqram” hesabında Azərbaycan təmsilçisindən yeni klubuna transferi ilə bağlı fikirlərini bölüşüb:

“Karyeramda önəmli dövrü başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə “Turan Tovuz”a çox minnətdaram. Hər zaman yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübələr, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

Aleks Souza 2024-cü ilin yanvarından “Turan Tovuz”da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right