Yaponiya klubu "Turan Tovuz"un futbolçusunu heyətinə qatıb

"Turan Tovuz" Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın "Kyoto" komandası ilə razılıq əldə edib.

Klubdan Newsport.az-a verilən məlumata görə, tibbi müayinədən keçdikdən sonra futbolçu Asiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Aleks Souza Premyer Liqada "Turan Tovuz" forması ilə 66 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right