Dadaşov geri qayıtdı Bu il ilk məşqinə çıxdı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov qısa fasilədən sonra Polşanın “Motor” klubuna qayıdıb.

Newsport.az xəbər verir ki, bu yaxınlarda transferə çıxarılmış Dadaşov hələ də özünə komanda tapa bilmədiyi üçün Lublin təmsilçisin heyətində məşqlərə start verib. O, mövsümün ikinci yarısına hazırlıq məqsədilə “Motor” ilk məşqinə çıxıb.

Yanvarın 10-da Lublin klubu Türkiyəyə təlim-məşq toplanışına gedəcək və orada iki yoldaşlıq oyunu keçirəcək. Lakin Renatın bu təlim-məşq toplanışında iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Əlavə edək ki, “Qarabağ” Renatın transferindən imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right