“Sabah”ın sabiq məşqçisi əsrin komandasında

Rusiyada XXI əsrin simvolik komandası seçilib.

Newsport.az xəbər verir ki, rəmzi “11-lik”də azərbaycanlı futbol azarkeşlərinə tanış sima da var. Bu, “Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskidir.

Futbolçu karyerasının böyük hissəsi Moskva ÇSKA-sına həsr olunan Berezutski XXI əsrin ən yaxşı iki mərkəz müdafiəçisindən biri seçilib. O, Sergey İqnaşeviçlə birlikdə rəmzi komandanın müdafiəsinin mərkəzində “qərarlaşıb”. Ona əsas rəqib isə qardaşı Aleksey Berezutski hesab edilib.

Simvolik komandada qapıda İqor Akinfeyev, müdafiənin cinahlarında Aleksandr Anyukov və Yuri Jirkov qərarlaşıblar. Ən yaxşı yarımmüdafiəçilər kimi Aleksandr Qolovin, Konstantin Zıryanov, İqor Semşov və Andrey Arşavin siyahıda yer alıb.

4-4-2 sxeminə əsasən qurulan heyətin hücum xətti Aleksandr Kerjakov və Artyom Dzyubadan ibarət formalaşıb.

2006-2010-cu illərdə Rusiya yığmasını, 2012-13 mövsümündə isə “Anji”ni çalışdırmış Qus Hiddink isə əsrin ən yaxşı baş məşqçisi seçilib.

Qeyd edək ki, Vasili Berezutski 2024-cu ilin noyabrından ötən ilin iyununa qədər ölkəmizdə “Sabah”a rəhbərlik edib. O, hazırda ölkəsində “Ural”ın baş məşqçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right