Misli Premyer Liqasının geridə qalan 16 turunda ümumilikdə 237 qol (texniki nəticə ilə hesaba alınan 3 qol istisna) qeydə alınıb.
Newsport.az saytının araşdırmasına görə, bunun 178-i əcnəbi futbolçuların payına düşüb.
Geridə qalan dönəmdə 95 oyunun keçirildiyini nəzərə alsaq, ümumilikdə hər matça orta hesabla 2,49 qol vurulub. Əcnəbilərin qol faizi isə 1,87 olub.
Futbolçuları ən çox qol vuran ölkə Braziliya olub. Cənubi Amerika ölkəsinin nümayəndələri ümumilikdə 29 dəfə fərqləniblər. “Sumqayıt”, “Neftçi”, “Qəbələ” və “Karvan-Yevlax” istisna olmaqla, digər 8 komandanın hamısının heyətində qol vuran braziliyalı olub.
İkinci sırada 28 qolla fransızlar qərarlaşıblar. Yalnız “Şamaxı”, “Turan Tovuz”, “İmişli” və “Kəpəz”də fərqlənən fransız olmayıb.
İlk “üçlüy”ü isə 20 qolla Almaniya qapayıb.
Futbolçuları qol vuran ölkələr: Braziliya – 29 qol; Fransa – 28; Almaniya – 20; Portuqaliya – 11; Serbiya – 10; İspaniya, Qana, İngiltərə – hamısı 8; İsveçrə – 6; Gürcüstan, Fil Dişi Sahili, Niger, Dominikan – hamısı 4; Nigeriya, İsrail, Kolumbiya, Kamerun, Kabo Verde – 3; Tanzaniya, Konqo DR, Venesuela, Yamayka – hamısı 2; Rumıniya, Belarus, Slovakiya, Lüksemburq, Belçika, Niderland, Burkina Faso, Ukrayna, Yaponiya, Özbəkistan, Monteneqro – hamısı 1.
Ən çox əcnəbi qoluna sevinən komanda “Sabah” olub. Premyer Liqanın liderinin 29 topundan 27-si məhz gəlmələrin aktivinə yazılıb. “Zirə” və “Araz-Naxçıvan”ın hərəsində legionerlər rəqib qapılarına 20 dəfə yol tapıblar.
“Qarabağ”da yerlilər istisna olmaqla 10 fərqli ölkənin futbolçusu qol vurub. Ağdamlılar bu baxımdan bütün komandaları geridə qoyublar. İkinci sıradakı “Sabah”ın heyətində 7 fərqli ölkə nümayəndəsi fərqlənib. Bu baxımdan son pillədəki “Turan Tovuz”un 14 qolu cəmi 2 xarici ölkənin futbolçuları tərəfindən vurulub.
Klublar üzrə qol vuran əcnəbilərin ölkələri:
“Sabah” (27 qol): Almaniya – 9 qol, Serbiya – 7, Slovakiya – 1, Yamayka – 2, Fransa – 6, Braziliya – 1, Özbəkistan – 1
“Zirə” (20): Niger – 4, Braziliya – 6, Belarus – 1, Gürcüstan – 4, Fransa – 3, Almaniya – 2
“Araz-Naxçıvan” (20): Fransa – 5, Almaniya – 7, Braziliya – 3, İsrail – 1, Burkina Faso – 1, Kabo Verde – 3
“Qarabağ” (17): Qana – 3, Braziliya – 1, Fil Dişi Sahili – 1, Fransa – 4, Belçika – 1, Kolumbiya – 1, Portuqaliya – 3, Ukrayna – 1, İspaniya – 1, Monteneqro – 1
“Sumqayıt” (16): Fransa – 7, Serbiya – 3, Dominikan – 4, İsrail – 2
“Şamaxı” (15): İsveçrə – 6, Portuqaliya – 4, Tanzaniya – 2, Rumıniya – 1, Braziliya – 2
“Turan Tovuz” (14): İspaniya – 7, Braziliya – 7
“Neftçi” (14): Lüksemburq – 1, Venesuela – 2, İngiltərə – 6, Nigeriya – 1, Kamerun – 3, Fransa – 1
“İmişli” (12): Portuqaliya – 4, Kolumbiya – 2, Braziliya – 5, Qana – 1
“Qəbələ” (10): Konqo DR – 2, Fil Dişi Sahili – 3, Qana – 4, Fransa – 1
“Karvan-Yevlax” (7): Almaniya – 2, Nigeriya – 1, İngiltərə – 2, Niderland – 1, Fransa – 1
“Kəpəz” (6): Braziliya – 4, Nigeriya – 1, Yaponiya – 1