Abubakar Braziliya klubuna keçir

Vensan Abubakarın “Neftçi” karyerası qısa çəkə bilər.

Newsport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun bu ölkədə çıxış etməsi realdır. Çünki Kamerun millisinin üzvü “Vasko da Qama”ya təklif olunub. Braziliya klubu yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək niyyətindədir. Rəhbərlik ulduz futbolçunun transfer variantını nəzərdən keçirməyə başlayıb.

Oyunçu özü də Braziliyaya köçməyin əleyhinə deyil. Lakin futbolçunun bir şərti var. O, yalnız iddialı layihə təqdim olunacağı təqdirdə “Vasko da Qama”da oynamağa razılıq verər.

Abubakarın “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Bildirilir ki, futbolçu Premyer Liqa təmsilçisi ilə sözləşməsini yeniləməyi planlaşdırmır. Üstəlik, yeni baş məşqçi Yuri Vernidub da ona əsas heyətdə yer verməyəcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right