“Sabah”da icarə əsasında oynayan Umarali Raxmonaliyev müqavilə ilə məxsus olduğu “Rubin”ə geri qayıda bilər.
Rusiyanın “Sport-Express” nəşri özbək yarımmüdafiəçini bu qış transfer pəncərəsi zamanı klubu potensial gücləndirəcək oyunçular sırasında qeyd edib.
Newsport.az xəbər verir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Futbolçunun Rusiya klubuna qayıtması real deyil. Onun çıxışını Masazır təmsilçisində davam etdirəcəyi bildirilir.