Bu yaxınlarda I Liqa təmsilçisi "Səbail"in baş məşqçisi postundan ayrılan Elvin Məmmədovun yeni iş yeri müəyyənləşib.
Newsport.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis "Neftçi" klubu ilə anlaşıb.
O, ağ-qaraların U-17 komandasına baş məşqçi təyin olunub.
Qeyd edək ki, "Neftçi"nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqasının A qrupunda 2-cı yerdə qərarlaşıb.