2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusunun adı açıqlandı

“Futbol+” qəzetinin tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri məlum olub.

Newsport.az xəbər verir ki, səsvermə nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev seçilib.

Yığmamızın üzvü sorğuda ən yaxın izləyicisi olan həmklubu Bəhlul Mustafazadəni qabaqlayıb.

Sıralamada digər yerləri müvafiq ardıcıllıqla Toral Bayramov, Xəyal Əliyev, Abdulla Xaybullayev, Rüfət Abbasov, Nəriman Axundzadə, Qismət Alıyev, Anton Krivotsyuk və Ceyhun Nuriyev tutublar.

2019/20 mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra - 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.

“Transfermark”da dəyəri 1,5 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasında 33 oyun keçirib, 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right