I Liqanın bombardiri Premyer Liqa klublarının hədəfində

MOİK-in hücumçusu Seyxan Fərəcov karyerasını Premyer Liqada davam etdirə bilər.

Newsport.az saytına verilən məlumata görə, 24 yaşlı forvard iki klubun hədəfindədir.

"İmişli" və "Karvan-Yevlax" Fərəcovu yanvar ayında heyətinə qatmağa çalışır.

Lakin MOİK-in aparıcı oyunçusunu mövsümün ortasında buraxmaq fikri yoxdur. Futbolçunun I Liqa klubu ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Seyxan Fərəcov bu ilin yayından MOİK-də çıxış edir. O, 11 qolla I Liqanın bombardiridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right