“Kəpəz”ə 9500 manatlıq cərimə

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XVI turundakı oyunlarla bağlı qərarlarını açıqlayıb.

Newsport.az xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə birincilər 2500 manat cərimələnib.

Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə gəncəlilər daha 7000 manat cərimə ilə üzləşib.

“Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün birincilər 2000 manat cərimə olunub.

“Sabah”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” da 700 manat cərimə ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right