“Qarabağ”ın rəqibi ən çox cərimələnən ikinci klubdur

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayntraxt” 2024/2025 mövsümündə azarkeşlərin davranışlarına görə ən çox cərimələnən klublardan olub.

Frankfurt komandası Almaniya Futbol İttifaqı (DFB) tərəfindən ümumilikdə 764 min avrodan çox cərimələnib.

“Ayntraxt” bu göstəricidə ikinci olub. DFB-nin ötən mövsüm ən çox cərimələdiyi klub isə “Köln”dür. Həmin vaxt II Bundesliqada çıxış edən eyniadlı şəhərin təmsilçisi 900 min avrodan çox ziyana düşüb. Ən çox cərimələnən üçüncü komanda isə “Hamburq” (623 min avrodan çox) olub.

Qeyd edəki ki, Almaniyada ötən mövsüm ümumilikdə 56 klub 12 milyon avrodan çox cərimələnib. “Ayntraxt” azarkeşləri ÇL-in son səfər matçında Barselonada insident törətdiyindən cəzalanıb. Onlar Bakıya gələ bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right