Futbolçu oyun zamanı vəfat etdi

Brundi 2-ci liqasında oyun zamanı faciəvi hadisə yaşanıb.

Newsport.az xəbər verir ki, “Qepye Dyu Lak”ın futbolçusu Ayme Qerik dünyasını dəyişib. Bu barədə "Sport News Africa" məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb futbolçunun ağzındakı sikkə olub. O, oyun zamanı sikkəni ağzında saxlayıb və daha sonra udub. Qerik qəfildən meydançada yıxılıb. Həkimlər müdaxilə etsələr də, oyunçu xəstəxanaya aparılarkən həyatını itirib.

Mətbuatdakı xəbərlərə görə, bu sikkə cadugərlik ritualının bir hissəsidir və indiyədək Brundidə fəal şəkildə istifadə olunan təcrübədir.  Daha əvvəl Ayme cadugərliklə ittiham olunsa da, o, bu ittihamları rədd etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right