Azərbaycanda futbolçular arasında dava düşdü

Azərbaycan 1-ci liqasının 12-ci turunda “Mingəçevir” öz meydanında “Şahdağ Qusar”ı qəbul edib.

Newsport.az idmanxeber.az-a istinadən xəbər verir ki, görüşün birinci hissəsinin sonlarında futbolçular arasında dava düşüb. Ehtiyat skamyasındakı oyunçuların da meydançaya daxil olmasından sonra matçda fasilə yaranıb. 

Hər iki tərəfin də məşqçilər heyəti futbolçuları çətinliklə sakitləşdirib. Bunun ardından matçın baş hakimi qarşılaşmanı yenidən davam etdirib. Oyun 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right