“Old Trafford” təmir ediləcək

“Mançester Yunayted” bu yay “Old Trafford” stadionunu təmir etməyi planlaşdırır. Klub stadionun sızan damını təmir etmək fikrindədir.

“Daily Mail” qəzetinin məlumatına görə,prioritet olaraq tıxanmış novların və damda suyun yığılmasının qarşısını almaq üçün drenaj sisteminin yenilənməsi nəzərdə tutulub. Bundan əlavə, meydanın əsaslı təmiri və “Old Trafford” stadionundakı skamyaların yenilənməsi UEFA-nın yeni qaydalarına uyğunlaşdırılması üçün vacibdir.

“Mançester Yunayted” hələ də 100 000 tamaşaçı tutumuna malik yeni stadion tikməyi planlaşdırır, lakin klub rəhbərliyi mövcud arenanın da bütün standartlara cavab verdiyinə əmin olmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right