Futbol üzrə Azərbaycan II Liqasında XIV turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 13:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 39-a yüksəldən "Qaradağ Lökbatan" liderliyi ələ keçirib. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.