Renat arzuolunmaz üçlükdə

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşa klubu “Motor”dakı taleyinə aydınlıq gəlib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı futbolçu qış fasiləsində komandasını dəyişməli olacaq.

Renatın əsas heyətə düşə bilmədiyi üçün Lublin klubunu tərk etmək istədiyi barədə ötən gün məlumat vermişdik. Artıq “Motor” rəhbərliyi də onun gedişinin tərəfdarıdır. Klub qış fasiləsində 3 futbolçu ilə yolları ayırmağı planlaşdırır ki, onlardan biri də məhz həmyerlimizdir. Hətta klub tapacağı təqdirdə onun azad agent kimi keçidinə maneçilik törədilməyəcək.

Qeyd edək ki, Dadaşov “Motor”a mövsümün əvvəlində keçib. O, komandanın heyətində 12 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right