“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda 1-ci Liqanın 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Mingəçevir” – “Cəbrayıl” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununun 15-ci dəqiqəsində “Baku Sportinq” komandasının 20 nömrəli futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, “Baku Sportinq” komandası 900 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.

MOİK – “Şimal” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilib.

“Şəfa” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilib.

“Səbail” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right