"Neftçi"nin futbolçusu Afrika Millətlər Kubokunun oyunları üçün Benin yığmasına çağırılıb

"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.

Newsport.az xəbər verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right