Füzuli Məmmədov: "Oyunun ədalətli nəticəsi heç-heçə idi"

"Karvan-Yevlax" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı matçlara hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right