Millimizin II raunddakı rəqibləri bəlli oldu

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundunun püşkü atılıb.

Newsport.az xəbər verir ki, püşkatma mərasimində Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Litva və Malta yığmaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

24 mart 2026-cı il
Bolqarıstan – Azərbaycan

27 mart
Litva – Azərbaycan

30 mart
Malta – Azərbaycan

Qeyd: Qrupun oyunları Bolqarıstanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right