AFFA 2 komandaya texniki məğlubiyyət verdi

AFFA Regon Liqasında mübarizə aparan "Ağsu Siti" və "Lokomotiv Bakı"nı texniki məğlubiyyətlə cəzalandırıb.

Newsport.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

6 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan "Ağsu Siti" - "Olimpik Sabirabad" oyunu "Ağsu Siti"nin  təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmçinin "Lokomotiv Bakı" - "Kristal" matçı ev sahibi komanda tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə keçirilməyib. Bu səbəbdən də "Lokomotiv" 0:3 hesablı texniki məğlubiyyət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right