Məsiyev Avropa Liqasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Newsport.az xəbər verir ki, o, Almaniyada yerli “Frayburq” və Avstriyanın “Zalsburq” komandaları arasında keçiriləcək əsas mərhələnin 6-cı turunun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

“Frayburq” – “Zalsburq” matçı dekabrın 11-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right