"Neftçi" Misli Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Sabah"ın qonağıdır.
Newsport.az-ın stadiona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanı izləyənlər arasında Yuri Vernidub da var. "Ağ-qaralar"ın baş məşqçisi postuna təyin olunacağı gözlənilən ukraynalı mütəxəssis "Bank Respublika Arena"da matçı izləyir.
Bakı klubu 59 yaşlı ukraynalı mütəxəssislə müqavilənin bütün detallarını tam razılaşdırıb.
Yaxın günlərdə onun “Neftçi” ilə 1,5 illik müqaviləyə qol çəkməsi gözlənilir.
Hacı Mərdan