"Qarabağ"ın UEFA Gənclər Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.
Newsport.az-ın məlumatına görə, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Marton Ruş olacaq. Ona Gerqo Viq-Tarsonyi və Balaş Şalay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.