Qəbələ" - "Turan Tovuz" matçı təxirə salındı, "Sabah" "Neftçi"ni məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 14-cü tur davam edir.

Newsport.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə "Qəbələ" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Ancaq qarşılaşma qatı duman səbəbindən təxirə salınıb. Hazırda turnir cədvəlində Əyalət təmsilçisi 8 xalla 10-cu, Tovuz klubu isə 24 xalla 4-cüdür.

Günün digər matçında "Sabah" "Neftçi"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" 28 xalla 2-ci pilləyə yüksəlib, "Neftçi" isə 16 xalla 8-ci pillədə qərarlaşıb.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Neftçi” - 2:0

Qol: Akim Zedadka, 58, Coy Lens Mikels, 77
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”

17:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0 (Oyun qatı duman səbəbindən təxirə salınıb)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right