İmişli təmsilçisinin futbolçusu hakimi vurduğu üçün 14 oyun cəza alıb

AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor" komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu "Ağsu" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

Bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right