Şamaxı klubu 1000 manat cərimələnib, məşqçisi dörd oyunluq cəza alıb

Əvəzedicilər Liqasında çıxış edən "Şamaxı-2" komandasının məşqçisi Yaşar Abuzərov 4 oyunluq cəza alıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Buna mütəxəssisin XII turda "Zirə-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub.

Məşqçi birbaşa qırmızı vərəqə alıb. İK bu səbəbdən bölgə təmsilçisinə 1000 manat cərimə tətbiq edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right