“Flamenqo” Juninyonu satır Yeni klubu bəllidir

“Flamenqo” ilin əvvəlində “Qarabağ”dan transfer etdiyi Juninyo Olavionu satmağı düşünür.

Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Braziliyanın digər klubu “Bahiya”ya keçməyə yaxındır.

Juninyo “Flamenqo”da əsas heyətə düşə bilmədiyindən, komandasını dəyişməyi çoxdan düşünür. 28 yaşlı oyunçunun Libertadores Kubokunu qazanması onun transfer dəyərini daha da artırıb. Hazırda tərəflər arasında danışıqlar gedir. “Flamenqo” onu “Qarabağ”dan aldığı qiymətə – minimum 5 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right