Sonuncu yerdə gedən klub baş məşqçini qovdu

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Maynts" Bo Henriksenlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı danimarkalı mütəxəssislə mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Bo Henriksen 2024-cü ilin fevral ayında "Maynts"ın baş məşqçisi postuna təyin olunmuşdu. Komanda ölkə çempionatında 12 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right