Renatonun 100-cü oyunu

Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.

31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinə təsadüf edib. Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub.

Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb. O, Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb.

Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.

Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right