"Çətin oyun oldu. "Şamaxı"ya qarşı oynamaq çətindir. Xüsusilə də süni örtüklü meydançada. Oyunumuz yaxşı alındı. İki gözəl qol vurduq. Sevincliyik".
Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın(1:2) baş məşqçisi Saşa İliç matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
Misli Premyer Liqasının 13-cü turunun "Şamaxı" ilə oyununun son dəqiqələrində Ayxan Abbasovla mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmış İliç oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib. O, həmin hadisəni bu cür şərh edib:
"Bu, mənim səhvimdir. Rəqib komandanın baş məşqçisindən də üzr istəyirəm. Bu, futboldur, emosiyalar olur. Gərək olmayaydı. Özüm də futbolçu olmuşam. Xüsusi olaraq kiməsə göstərdiyim jest yox idi. Təəssüf ki, belə oldu".