"Səbail"in yeni baş məşqçisi açıqlandı

Adil Şükürov “Səbail”in baş məşqçisi təyin olunub.

Newsport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Noyabrın 30-da, saat 16:00-da Adil Şükürov komanda ilə ilk məşqinə çıxacaq, məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right