"Zirə" "Kəpəz"i məğlub etdi, Tovuzda qalib müəyyənləşmədi Yenilənib

Misli Premyer Liqasında 13-cü tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Kəpəz" "Zirə"ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə "Neftçi" "Turan Tovuz" un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 0:0. "Turan Tovuz" ilk dövrədə səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etmişdi.

28 noyabr (cümə)

18:30.“Turan Tovuz” – “Neftçi” - 0:0
Hakimlər: 
Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

14:00.“Kəpəz” – “Zirə” 0:2 

Qollar: Leroy Mikels, 61, İssa Cibrila, 84
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right