"Şəmkir" klubunun yeni baş məşqçisi bəlli olub.
Newsport.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son olaraq “Turan Tovuz”da Akademiya koordinatoru vəzifəsində çalışan A kateqoriyalı mütəxəssis Rasim Əliyevlə 6 ay + 1 illik müqavilə imzalanıb. O, bü vəzifədə Vüqar Nadirovu əvəzləyib.
Qeyd edək ki, Rasim Əliyev daha əvvəllər “Turan”, “Rote Fahne”, “Neftçala”nın baş məşqçisi olub.