AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri UEFA-dan təyinat alıb

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turunda noyabrın 26-da keçiriləcək "Srvena Zvezda" (Serbiya) – "Jilina" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı "Rayko Mitiç" stadionunda təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right