Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Newsport.az xəbər verir ki, yığmamız Sloveniya ilə üz-üzə gələcək. Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, B Liqasının 5-ci qrupunda yer alan Azərbaycan millisi növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.