"Karvan-Yevlax"ın baş məşqçi postundan istefa verməmişəm" - Azər Həşimov

Azər Həşimov "Karvan-Yevlax"ın baş məşqçi postundan istefa verməyib.

Newsport.az xəbər verir ki, o, mövsümün sonuna qədər işinin öhdəsindən gələ biləcəyini düşünür:

"Mən istefa verməmişəm. "Karvan-Yevlax"la maya qədər müqaviləm var. Bu məsələ ilə bağlı rəhbərliklə görüşmək, müzakirələr etmək, daha sonra qərar vermək lazımdır. Mövsümün sonuna qədər işimin öhdəsindən gələ biləcəyimi düşünürəm".

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində yer alıb.(Report.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right