"Sabah" "Şamaxı" ilə bərabərə qaldı, "Neftçi" "İmişli"yə uduzdu Yenilənib

Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Günün ilk görüşü Masazırda olub. Burada "Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Komandaların ilk dövrədə Şamaxıda keçirilən oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib. 

Digər görüşdə isə "Neftçi" "İmişli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb. İlk dövrədə keçirilən "İmişli" - "Neftçi" matçında isə qapılara qol vurulmayıb - 0:0.

23 noyabr (bazar)

17:30. “Neftçi” – “İmişli” - 2:3

Qol: Vensan Abubakar, 11-pen. (1:0); Ezekiel Morqan,13 (1:1), Emin Mahmudov, 60 (2:1), Dioqo Rollo, 64 (2:2), Edvin Banquera, 85 (2:3)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

“Palms Sports Arena”

15:00. “Sabah” – “Şamaxı” - 0:0

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Teymur Teymurov

“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right