“Kəpəz” Qəbələni Yevlaxa dəyişdi RƏSMİ

“Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Newsport.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 13-cü turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right